Kələm turşusu gündəlik qidalanmada geniş istifadə olunan, fermentasiya yolu ilə hazırlanan ənənəvi qida məhsuludur. 

Foodinfo.az Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) məlumatlarına əsasən xəbər verir ki, kələm turşusu düzgün hazırlanıb saxlanıldıqda orqanizm üçün faydalı maddələrlə zəngindir.

- Həzm sisteminə dəstək olur.

- Bağırsaq mikroflorasının tarazlığını qorumağa kömək edir.

- Vitamin və lif mənbəyidir.

Lakin hazırlanma və saxlanma qaydalarına əməl olunmadıqda qida təhlükəsizliyi riski yarana bilər.  İstehlak etməzdən əvvəl məhsulun görünüşünə və qablaşdırmanın vəziyyətinə diqqət yetirmək vacibdir. Şübhəli hallar müşahidə olunarsa, istifadə etmək tövsiyə edilmir.

Sağlam qidalanma düzgün seçimdən başlayır.

Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz