Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

16 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 4 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti

Ünvan

Görülən tədbir

Bakı şəhəri üzrə

1.

Hacıyev Raman

Güləməd oğlu

Binəqədi rayonu, Xutor qəs., S.Bəhlulzadə küçəsi

Yenidən bərpa edilmiş qurğular sökülüb

2. 

Əhmədov Allahverdi

Nəbi oğlu

Xətai rayonu, Gəncə prospekti 29/42

İnzibati protokol tərtib edilib

3.

Həsənov Bəxtiyar

Əlizamin oğlu

Xətai rayonu, Gəncə prospekti 148

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

4.

Qarayev Əli

İsvəndiyar oğlu

Xətai rayonu, Sadıqcan küçəsi 15/2

İnzibati protokol tərtib edilib

5.

Alıyev Bayram Əhliyət oğlu

Xətai rayonu, Cavanşir küçəsi

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

6.

Əliyev Şahin Əyyub oğlu

Xətai rayonu, Gəncə prospekti 16

İnzibati protokol tərtib edilib

7.

Səfərov Yasin Yaşar oğlu

Xətai rayonu, Gəncə prospekti 17

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.