Qida məhsullarının istehsal fəaliyyəti ilə məşğul olan qida subyektləri müvafiq mikrobioloji göstəricilərə münasibətdə nümunələrin götürülməsini təmin etməlidirlər.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda bildirilir. Sənəddə qeyd olunur ki, qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan tərəfindən istehsal proseslərinin qabaqcıl gigiyena təcrübələrinə və HACCP prinsiplərinə müvafiq aparılmasını yoxlamaq və ya təsdiqləmək üçün qida subyektlərinin, müvafiq mikrobioloji göstəricilərə uyğun müayinələrinin (analitik istinad metodunun) həyata keçirilməsini təmin etməlidir. Həmçinin mikrobioloji göstəricilərin müəyyən edilməsi məqsədi ilə qida məhsullarından müvafiq sayda nümunə götürülməlidir. Yalnız satış və ictimai iaşə müəssisələrindən bir nümunə götürülüb dəyərinə görə qiymətləndirilir.