Bəziləri düşünür ki, imsakda təkcə çörək, makaron və şirniyyat yemək enerjini təmin edir. Amma bu, yanlış fikirdir.

Bu barədə Foodinfo.az Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) məlumatlarına istinadla məlumat verir.

Sadə karbohidratlar qanda qlükozanı artırır, sonra isə sürətlə enməsinə səbəb olur. Nəticədə aclıq hissi tez gəlir, enerji dalğalanır və günün ilk yarısında yorğunluq, diqqət azalması kimi hallar müşahidə oluna bilir.

AQTİ-nin “Qida mifləri” rubrikasında bu dəfə imsak üçün ən doğru rasionu araşdırdıq!  Videonu izləyin və gün boyu enerjinizi stabil saxlamağın yollarını öyrənin.

Unutmayın ki, imsakda stabil enerji və toxluq üçün rasion balanslı olmalıdır.

Daha ətraflı videomaterialda izləyə bilərsiniz.