Penn State Tibb Kollecinin alimləri müəyyən ediblər ki, uşaqların qida rasionuna ən azı həftədə bir dəfə balıq əlavə etmək sinir inkişafının ləngiməsi riskini azaldır. Foodinfo.az xəbər verir ki, elmi işin nəticələri Microorganisms jurnalında dərc olunub.
Tədqiqatda 6 və 12 aylıq 142 körpə və onların anaları iştirak edib. Valideyinlər standartlaşdırılmış uşaq qidalanma sorğusuna cavab verib və altı aylıq körpələrdən tüpürcək nümunələri götürülüb. Müxtəlif ağız bakteriyalarının aktivlik səviyyələri ölçülüb. Bundan əlavə, analar övladı 18 aya çatdıqda yerimə, danışma və sosial qarşılıqlı əlaqə kimi bacarıqların inkişaf etdiyini bildirib.
Komanda 12 aylıq uşaqlarda neyroinkişaf gecikmələrinin balıq istehlakının olmaması ilə əlaqəli olduğunu müəyyən edib. Neyroinkişafın gecikməsi iki tüpürcək mikrobunun, Candidatus gracilibacteria və Chlorobi-nin aktivliyinin artması ilə də əlaqələndirilib.
Alimlər mikrob müxtəlifliyinin balıqda olan uzun zəncirli poli doymamış yağ turşuları kimi əsas qida maddələrinin metabolizması və udulması üçün vacib ola biləcəyini söyləyirlər.
Nurlan