Böyük Britaniyada ən nadir Macallan viskisinin bir şüşəsi rekord qiymətə - 2,1 milyon funt-sterlinqə satılıb. Bu barədə The Guardian xəbər verir.
Şotland viskisi Londonda Sothebys hərracında satılıb. Mütəxəssislər onu 750 min ilə 1,2 milyon funt sterlinq arasında qiymətləndirsələr də, hərracın yekun nəticəsi bu gözləntiləri demək olar ki, iki qat artırıb. İçki 1926-cı ildə hazırlanıb və 60 il palıd ağacından olan çəlləkdə saxlanılıb.
Qeyd edək ki, Macallan brendi 1824-cü ildə Şotlandiyada fermer Alexander Reed tərəfindən yaradılıb.