C vitamini orqanizmin müqavimətini artıran əsas qidalardan biridir. Foodinfo.az bildirir ki, portağal, limon, kivi kimi meyvələr C vitamini ilə zəngindir. Bu vitamin dərini qorumağa və zədələnmələrin bərpasını sürətləndirməyə kömək edir.

Eyni zamanda xəstəliklərə qarşı müqaviməti artırır və soyuqdəyməyə qarşı təsirli vasitədir. C vitamini eyni zamanda dəmirin orqanizm tərəfindən sorulmasını artırır. Şəkərli içkilərdən və fast-food qidalarından uzaq durmaq bu vitaminin təsirini daha da artırır. Günlük tələbatı qarşılamaq üçün cəmi 100-200 qram meyvə yemək yetərlidir. Təzə meyvə və tərəvəzlərdə yüksək miqdarda C vitamini tapılır.

Bədəndə bu vitaminin çatışmazlığı immun sistemini zəiflədir. C vitamini həmçinin antioksidant xüsusiyyətlərə malikdir və orqanizmi sərbəst radikallardan qoruyur. Qış aylarında bu qidaları daha çox istehlak etmək məsləhət görülür.