Yeməyə dad verən bir çox ədviyyat növü var. Tez-tez qarışdırılan isot və çili bibəri ən çox istifadə edilən ədviyyatlardandır.
Tünd və acı ədviyyatları sevənlər mətbəxlərindən isot və pul bibərini əskik etmirlər. Bu ədviyyatlar yeməyi daha dadlı edir və tamamilə fərqli bir dad verir. Bu iki ədviyyat bir-birindən fərqli olsalar da, tez-tez qarışdırılır.
Foodinfo.az isot və pul bibərinin fərqini təqdim edir:
İsot və pul bibərlər acı qırmızı bibərin günəşdə qurudulması ilə əldə edilir. Aralarındakı fərq günəşdə gözləmə müddətidir. İsot pul bibərindən daha çox günəşdə saxlanılır. Qara, bənövşəyi və qırmızı rənglərdə mövcuddur. Qısa müddətə qurudulmuş bibər qırmızı, 1-2 gün qurudulmuş bibər bənövşəyi, 3-4 gün qurudulmuş bibər qara rəngdə olur. Gözləmə müddəti artdıqca rəng dəyişikliyi baş verir.
İkinci fərq bibərin dadındadır. Qırmızı pul bibərlərin acı-yandırıcı bir dadı olsa da, isotun yandırıcılığı yoxdur. Ağızda dad və ətir buraxan bir acılığı var.
Pul bibərində istifadə edilən bibərlər tavada və ya sobada bişirildikdən sonra üyüdülür. Lakin isotun hazırlanmasında istifadə edilən bibərlər günəş altında qurudulur. Qurudulmuş bibərlər qaralmaq üçün hər gün qaynar su ilə nəmləndirilir. Qurudulmuş bibərlər əzilir, zeytun yağı və duz ilə qarışdırılır və isota çevrilir.
Bu iki ədviyyat eyni bibərdən alınsa da, dad baxımından əhəmiyyətli fərqlərə malikdir. Əsl isotunun ən əhəmiyyətli xüsusiyyəti onun yandırıcı bir acılığı olmamasıdır.
İzot deyildikdə ilk ağıla çiy köftə və lahmacun gəlir. Bundan başqa kabab və ət yeməklərində də üstünlük verilir. İstəyə görə, souslara və şorbalara əlavə edərək dadlı yemək hazırlaya bilərsiniz.
Pul bibərinə bir çox yeməklərdə, xüsusilə souslarda, şorbalarda və ət yeməklərində üstünlük verilir.