Ukraynanın birinci milli kanalında (“UA: Perşiy”) Azərbaycan mətbəxinin zənginliyi təbliğ olunub. Bu barədə Foodinfo.az-a Azərbaycanın Ukraynadakı Səfirliyindən məlumat verilib. Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev telekanalın səhər verilişində canlı yayımda ölkəmizin milli yeməkləri olan dolma, plov, qutab, paxlava barədə geniş məlumat verib. Səfir qeyd edib ki, dolma Azərbaycana məxsus kulinariya növü kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Bildirib ki, ölkəmizdə dolmanın yüzlərlə növü mövcuddur. Səfir sovet dövründə Azərbaycanın regionlarında bayramların müxtəlif cür keçirildiyini qeyd edib. “Ancaq çox təəssüf olsun ki, Azərbaycanın bir regionu, Dağlıq Qarabağ və ətraf yeddi rayonu Ermənistan tərəfindən işğal edilib. Tarixi Dağlıq Qarabağ regionunda bayramlar özünəməxsusluğu ilə seçilib”, - deyə, A.Xudiyev əlavə edib. A.Xudiyev Azərbaycanın milli bayramı olan Novruz bayramının tarixi haqqında danışaraq, öl kəmizin çox zəngin milli mətbəxi olduğunu qeyd edib. Verlişin sonunda səfir dünyada yaşayan soydaşlarımızı Azərbaycan dilində təbrik edib. Foodinfo.az [gallery link="file" columns="1" size="full" ids="741,740"]