Zeytun yağı mətbəxdə istifadə etdiyimiz adi yağlardan biri kimi görünsə də, əslində orqanizm üçün ən faydalı yağlardan hesab olunur və zeytun meyvəsindən alınır.

Tərkibində:

- doymamış yağ turşuları,

- antioksidantlar,

- E vitamini və polifenollar mövcuddur.

Foodinfo.az Qida Təhlükəsizliyi İnstititutuna (AQTİ) istinadla xəbər verir ki, bu maddələr orqanizmi daxildən qorumağa kömək edir, balanslı qidalanmanı dəstəkləyir. Xüsusilə ürək-damar sisteminin qorunması və hüceyrələrin oksidləşmədən müdafiəsində mühüm rol oynayır.

Zeytun yağının keyfiyyəti isə onun istehsal üsulundan, temperatur rejimindən və saxlanma şəraitindən birbaşa asılıdır. Yəni hər zeytun yağı eyni deyil.

Düzgün seçilmiş və düzgün istifadə olunan zeytun yağı həm yeməyin dadını artırır, həm də qidanın bioloji dəyərini yüksəldir.

Unutmayaq ki, yağ seçimi yalnız dad məsələsi deyil, sağlamlıq seçimidir.