Mətbəxdə həm vaxt qazandıran, həm də yeməklərə xüsusi dad verən souslar həmişə böyük maraq doğurur. Xüsusilə ət, balıq, kartof və müxtəlif qəlyanaltılarla uyğun gələn sadə sous reseptləri gündəlik menyunun vazkeçilməz hissəsinə çevrilir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, cəmi bir neçə dəqiqəyə hazırlanan sarımsaqlı pomidor sousu həm iştaha açan görünüşü, həm də zəngin dadı ilə seçilir. Bu sous lavaş, pizza, düşbərə, sendviç və qızardılmış yeməklərlə olduqca uyğun hesab olunur.
Resept üçün 150 qram pomidor sousu, bir neçə budaq şüyüd, 1 budaq reyhan, 3-4 budaq cəfəri, 30 millilitr limon suyu, 3-4 diş sarımsaq və zövqə görə qara istiot tələb olunur. İstəyə uyğun olaraq qarışığa acı bibər, quru nanə və ya müxtəlif ədviyyatlar da əlavə etmək mümkündür.
Hazırlanması isə olduqca sadədir. Əvvəlcə göyərtilər xırda doğranılır, sarımsaq əzilərək sousa əlavə olunur. Daha sonra bütün ərzaqlar pomidor sousu ilə birlikdə yaxşıca qarışdırılır və homogen kütlə alınana qədər qarışdırmağa davam edilir.
Mütəxəssislər bildirirlər ki, sousu istifadə etməzdən əvvəl təxminən 30 dəqiqə soyuducuda saxlamaq dadların bir-birinə daha yaxşı qarışmasına kömək edir. Nəticədə daha aromatik və ləzzətli sous əldə olunur.
Bu sous xüsusilə kabab, toyuq yeməkləri, qızardılmış kartof və müxtəlif qəlyanaltılar üçün ideal seçim sayılır. Ev şəraitində asan hazırlanması isə onu bir çox ailələrin sevimli reseptinə çevirə bilər.






