Səhər saatlarında qəbul edilən bəzi içkilərin orqanizmin fəaliyyətinə ciddi təsir göstərdiyi bildirilir. Xüsusilə qaraciyərin aktiv işləməsi üçün düzgün maye seçiminin vacib olduğu vurğulanır.
Foodinfo.az “Healthline” nəşrinə istinadla xəbər verir ki, amerikalı dietoloq Sara Breuer səhərlər ilıq limonlu su içməyin qaraciyərin fəaliyyətini stimullaşdırdığını bildirib. Onun sözlərinə görə, bu içki həzmi sürətləndirir və gecə boyu yığılan toksinlərin orqanizmdən xaric olunmasına kömək edir.
Mütəxəssis qeyd edib ki, limonun tərkibindəki antioksidantlar hüceyrələrin qorunmasına dəstək verir. O bildirib ki, bu vərdiş uzun müddət davam etdirildikdə insan özünü daha enerjili hiss edir.
Ekspert əlavə edib ki, səhər saatlarında qazlı və şəkərli içkilərdən uzaq durmaq daha faydalıdır. Çünki bu məhsullar qaraciyərin yükünü artıra bilər.






