Soyuq havalarda və mövsüm keçidlərində şorba istehlakının artması təsadüfi hesab olunmur. Mütəxəssislər bəzi şorbaların immunitetə xüsusi təsir göstərdiyini bildirirlər.
Foodinfo.az “EatingWell” jurnalına istinadla xəbər verir ki, britaniyalı qidalanma eksperti Helen Bond tərəvəzli mərcimək şorbasını ən faydalı yeməklərdən biri adlandırıb. Onun sözlərinə görə, bu şorba həm zülal, həm lif, həm də vitaminlərlə zəngindir.
Ekspert bildirib ki, mərcimək uzunmüddətli toxluq hissi yaradır və bağırsaq fəaliyyətini yaxşılaşdırır. Tərəvəzlərlə birlikdə hazırlandıqda isə orqanizm üçün güclü antioksidant mənbəyinə çevrilir.
Araşdırmalara görə, həftədə bir neçə dəfə isti şorba istehlakı həzm problemlərinin azalmasına da kömək edə bilər.






