Əslində məsələ sadəcə “ilk təəssürat”da deyil. Foodinfo.az xəbər verir ki, tibb elmləri doktoru Svetlana Kanevskaya açıqlayıb ki, birinci qaşıq yeməyin daha dadlı hiss olunmasının konkret elmi izahı var.

Həkimin sözlərinə görə, birinci qaşıq ağzımıza düşən anda bu, beyin və dad reseptorları üçün tamamilə yeni siqnal olur. Beyin həmin dadı maksimum intensivliklə qəbul edir. Amma ikinci və sonrakı loxmalarda reseptorlar alışmağa başlayır, nəticədə eyni dad daha zəif hiss olunur.

“Birinci qaşıq beyində dopamin adlı maddənin kəskin ifrazına səbəb olur. Bu maddə insanın özünü xoşbəxt və məmnun hiss etməsinə kömək edir. Lakin beyin çox tez öyrənir və eyni ləzzəti artıq gözləməyə başlayır. Buna görə ikinci qaşıqda zövq hissi azalır,” – deyə həkim bildirib.

Kanevskayanın sözlərinə görə, yemək mədəyə düşdükdən sonra orqanizmdə hormonlar ifraz olunur ki, onlar beyinə “yemək daxil olub, prosesi yavaşlatmaq olar” siqnalı göndərir. Bu da insanın eyni yeməyi çox yemək istəyini azaldır.

Mütəxəssis əlavə edib ki, beyin bu mexanizmi qəsdən belə qurub – bu, orqanizmin artıq yeməyin qarşısını almaq və qidalanmada müxtəlifliyi qorumaq üçün təbii müdafiə üsuludur.