Azərbaycan 2022-ci ildə 169 008,8 ton təzə tərəvəz ixrac edib.

Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Ötən il ölkədən ixrac edilmiş bu məhsulların miqdarı 2021-ci illə müqayisədə 2,8 % azalıb.

Azərbaycandan 2022 ildə ixrac edilmiş təzə tərəvəzin dəyəri isə 2 % artaraq 183 312,0 min ABŞ dollarına çatıb.