Sarımsaq təkcə yeməklərə dad vermir, həm də sağlamlıq üçün bir sıra faydalar təqdim edir. Foodinfo.az xəbər verir ki, dietoloq Yuliya Popova aif.ru-ya açıqlamasında bildirib ki, sarımsaq antibakterial və antivirus xüsusiyyətlərə malikdir.

Ekspert qeyd edib ki, sarımsaq antibiotiklərin və ya iltihab əleyhinə dərmanların yerini tutmasa da, soyuq mövsümdə onun müntəzəm istifadəsi orqanizmin virus və bakteriyalara qarşı müqavimətini gücləndirir.

Popova həmçinin bildirib ki, sarımsağın miqdarında orta səviyyədə istifadəsi qan təzyiqini aşağı salmağa, xolesterol səviyyəsini normallaşdırmağa, immun sistemini dəstəkləməyə və qaraciyərin sağlam işləməsinə kömək edir. Bu tərəvəz həmçinin erkən yaşlanmanın və yaşa bağlı xəstəliklərin profilaktikasında faydalıdır.

Beləliklə, sarımsaq gündəlik qidalanmada kiçik miqdarlarda istifadə olunduqda, həm ORVİ-dən qorunmaq, həm də ümumi sağlamlığı gücləndirmək üçün effektiv təbii vasitədir.