İranın cənubunda yerləşən Hürmüzqan əyalətinin Bəndərabbas şəhərində 10 nəfər qaçaq yolla ölkəyə gətirilən spritli içkidən istifadə nəticəsində ölüb.
Bunu Hürmüzqan Tibb İdarəsinin İctimaiyyətlə əlaqələr müdiri Fatma Nevruzian bildirib.
Onun sözlərinə görə, 118 nəfər alkoqoldan zəhərlənərək xəstəxanaya yerləşdirilib: “Onların bəzilərinin vəziyyəti ağırdır”.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İranda müsəlman vətəndaşlar üçün alkokoqollu içiki içmək bu qadağaya məhəl qoymayanlar şallaqlanırlar.
Xatırladaq ki, sentyabrın 11-də üç nəfər saxta spirtli içki içərək ölmüşdü. (Report)