İnfeksionist İrina Juravleva bağırsaq infeksiyaları xüsusilə yayda çox yayıldığı üçün tərəvəz və giləmeyvələri “birbaşa bağdan” yeməməyi tövsiyə edib.
“Yoluxucu xəstəliklərin qarşısının alınması ən mühüm vəzifədir. Və eyni zamanda, o qədər də mürəkkəb deyil”, - ekspert URA.RU-ya müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, sadə sanitar-gigiyenik normalara riayət etmək lazımdır - yeməkdən əvvəl mümkün qədər tez-tez əllərinizi, həmçinin tərəvəz, meyvə və göyərti yuyun.
Bundan əlavə, həkim qeyd edib ki, məhsulların, xüsusilə də yarımfabrikat və hazır qidaların son istifadə müddətlərinə nəzarət etmək vacibdir.