Yumşaq və hava kimi yüngül olan kəsmikli piroq həm böyüklərin, həm də uşaqların sevdiyi desertlərdən sayılır. Düzgün nisbətlərə əməl edildikdə bu şirniyyat xüsusilə dadlı alınır.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, reseptin hazırlanması olduqca sadədir.
Lazım olan ərzaqlar:
- 250 qram kəsmik
- 2 xörək qaşığı şəkər tozu
- 2 xörək qaşığı un
- 2 yumurta
- bir qədər qoz
Hazırlanma qaydası:
Bütün ərzaqlar blender vasitəsilə qarışdırılır və hamar kütlə əldə olunur. Daha sonra qarışıq soba qabına tökülür.
Üzərinə isə banan, şaftalı və ya əncir kimi çox sulu olmayan meyvələr əlavə etmək olar.
Piroq 180 dərəcə temperaturda təxminən 25 dəqiqə bişirilir. Bişmə zamanı sobanın qapağını açmaq məsləhət görülmür. Əks halda temperatur fərqinə görə piroq öz formasını itirə bilər.
Hazır desert xama, qatılaşdırılmış süd və giləmeyvələrlə birlikdə süfrəyə verilə bilər.






