Meyvə, süd və müxtəlif faydalı əlavələrlə hazırlanan smuzi son illər ən çox seçilən səhər içkilərindən birinə çevrilib. Xüsusilə qəhvə və bananla hazırlanan variant günə enerjili başlamağa kömək edir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bu smuzi həm dadlı, həm də qısa vaxtda hazırlanan içkilər sırasındadır.

Lazım olan ərzaqlar:

  • 200 millilitr qara qəhvə
  • 20 qram şokolad
  • 50 qram kokos südü
  • 1 banan
  • 1 xörək qaşığı bal

Hazırlanma qaydası:

Əvvəlcə qəhvə istənilən üsulla hazırlanır və soyumağa qoyulur. Şokolad kiçik hissələrə bölünərək su hamamında və ya mikrodalğalı sobada əridilir, sonra soyudulur.

Daha sonra kokos südü blender qabına tökülərək təxminən bir dəqiqə çalınır. Soyulmuş və doğranmış banan, bal, qəhvə və əridilmiş şokolad əlavə olunaraq yenidən qarışdırılır.

Hazır smuzi stəkana tökülür. Üzərinə kokos qırıntısı və bir neçə qəhvə dənəsi əlavə edilərək süfrəyə təqdim olunur.