Kivi həzm sistemi üçün faydalı meyvələrdən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu meyvə bağırsaq fəaliyyətinin tənzimlənməsinə kömək edir. Foodinfo.az “Verywell Health” saytına istinadla xəbər verir ki, dietoloq Melissa Rifkin kivinin liflə zəngin olduğunu bildirib.
Onun sözlərinə görə, meyvənin tərkibindəki fermentlər qidaların həzmini asanlaşdırır və köp problemini azalda bilər. Ekspert qeyd edib ki, gündə bir və ya iki kivi qəbul etmək bağırsaq hərəkətlərini normallaşdırmağa kömək edir.
Mütəxəssis kivinin C vitamini baxımından da zəngin olduğunu vurğulayıb.






