Sürətli yemək vərdişi artıq çəki və həzm problemlərinə səbəb ola bilər. Mütəxəssislər yeməyi tələskənliklə qəbul etməyin orqanizmə mənfi təsir etdiyini bildirirlər. Foodinfo.az “WebMD” portalına istinadla xəbər verir ki, dietoloq Keri Gans sürətli yemək zamanı beyinin toxluq siqnalını gec qəbul etdiyini bildirib.

Onun sözlərinə görə, bu səbəbdən insanlar lazım olduğundan artıq qida qəbul edirlər. Nəticədə artıq kalori yığılır. Ekspert qeyd edib ki, yeməyi yavaş çeynəmək həzmi yaxşılaşdırır və toxluq hissini artırır.

Mütəxəssis yemək zamanı telefondan istifadə etməməyin də vacib olduğunu vurğulayıb.