Bəzi qidalar yuxu rejimini pozaraq gecə narahatlıq yaradır. Foodinfo.az bildirir ki, çoxlu miqdarda kofein qəbul etmək yuxuya getməyi çətinləşdirir. Şokoladın tərkibindəki teobromin və kofein bədən aktivliyini artırır. Enerji içkiləri və qazlı içkilər də yuxusuzluq yaradan səbəblərdəndir.

Çox yağlı və ağır yeməklər mədənin fəaliyyətini ləngidir və rahat yatmağa imkan vermir. Çili və acı souslar bədənin temperaturunu yüksəldərək yuxu keyfiyyətini pozur. Şəkərli qidalar qanda şəkərin sürətlə yüksəlməsinə və yuxu pozuntularına səbəb olur.

Hazır fast-food məhsulları sinir sistemini həyəcanlandırır. Turş meyvə suları da mədə turşusunu artıraraq narahatlıq yaradır. Spirtli içkilər ilk mərhələdə yuxu gətirsə də, sonrakı saatlarda yuxunu bölür. Mütəxəssislər bu məhsullardan axşam saatlarında uzaq durmağı məsləhət görür.