Heç bir səbəb olmadan şəkərli qidalar istehlak etmək istəyi bəzən idarəolunmaz hala gəlir. Vərdiş halına gələn və asılılıq yaradan şəkər istehlakının altında yatan başqa səbəblər də var. 

 Foodinfo.az bu səbəbləri təqdim edir:

Bəzi insanların ac olanda, bəzilərinin isə yeməkdən sonra üstünlük verdiyi şəkərli qidalar uzun müddətdə böyük problemlər yarada bilər. Şəkər istəyini basdırmağın zamanla çətinləşdiyini və idarəolunmaz hala gəldiyini nəzərə alsaq bunun altında yatan səbəbləri bilmək və nəzarətli şəkildə istehlak etmək alınacaq ən sürətli tədbir olacaq.

1- Şəkər bir vərdişdir

 Şəkər istəyi bir vərdişdir. Sevimli desertimizi yedikdən sonra ifraz olunan hormona dofamin, qanda şəkərin səviyyəsini tənzimləyən hormona isə insulin deyilir. Şəkər yediyimiz zaman beynimizin mükafat yolları olan primitiv hissələrində insulin yüksəlir. Bu, dopamin ifrazının artmasına səbəb olur, özümüzü yaxşı hiss edir və şəkər yemək davranışımızı vərdişə çevirir. 

2- Bağırsaq sağlamlıq problemləri şəkər ehtiyacını artırır

 Mütəxəssislərin fikrincə, bağırsaq sağlamlığının pis olması, bağırsaq iltihabı və digər mədə-bağırsaq traktının problemləri şəkərə olan həvəsin başqa bir səbəbi ola bilər.

3- Aclıq hormonları 

Davamlı olaraq şirniyyata can atmağınızın başqa bir səbəbi aclıq hormonu olan qrelinlə əlaqəli ola bilər. Tədqiqatlar göstərir ki, qrelin səviyyələri şəkər qəbuluna cavab olaraq artır və şəkər istəklərinin inkişafına kömək edir. Daha qidalı və balanslı qidalanma vərdişi ilə aclıq hormonlarını və şəkər istəyinizi idarə edə bilərsiniz.

4- Aşağı serotonin

 Çətin bir gündən sonra şokolad və dondurmaya ehtiyacınız olduğunu düşünürsünüzsə, bunun serotonin səviyyəsinin aşağı olması ilə əlaqəsi var. Serotonin əhval-ruhiyyəmizi tənzimləməyə kömək edir, buna görə də narahat, stresli və ya depressiyaya düşərkən bədənimizin onu istəməsi tam məna kəsb edir. Şəkər də serotonin mənbəyi olduğu üçün bu vəziyyət çətinləşir. Belə bir vəziyyətdə stress və narahatlığınızı idarə etmək üçün daha sağlam bir üsul tapmağa çalışmalısınız.

5- Yuxusuzluq

Araşdırmalar nəticəsində müəyyən edilib ki, yuxusuzluq şəkərə olan həvəsi artırır. Yuxunun olmaması həddindən artıq yeməklə, xüsusən də lazımsız qidaların həddindən artıq istehlakı ilə əlaqələndirilir. Səkkiz saatdan az yatmaq şəkər qəbulunuzu artırır. Bunun qarşısını almaq üçün bir yuxu rejimi qurmaq lazımdır.