Dünya statistikası göstərir ki, arıqladıqdan sonra insanların yalnız 10%-i çəkisini saxlayır. Qalanları tədricən əvvəlki vərdişlərinə qayıdır və yenidən əlavə çəki qazanırlar.

Foodinfo.az xəbər verir ki, həkimlər böyüklərdə vərdişlərin və həyat tərzinin artıq formalaşdığından şikayətlənirlər: yaşla nəyisə dəyişmək çox çətindir. 
Müşahidələr görə, bu gün artıq çəkidən əziyyət çəkən böyüklərin sayı 2,6 milyard nəfəri ötüb. Onlardan 988 milyonu obezdir ki, bu da dünya əhalisinin təxminən 14%-ni təşkil edir. Aktiv həyat tərzinin və düzgün bəslənmənin populyarlaşmasına baxmayaraq, xəstəliyin yayılma sürəti durmadan artır. Ekspertlər hesab edir ki, bu vəziyyətdə 2030-cu ilə qədər əhalinin təxminən 20%-i piylənmədən əziyyət çəkəcək. Görünür, problemlə üzləşmək o qədər də çətin deyil.

Nərmin