Yalnız fiziki fəaliyyət deyil, qida da insanın səmərəliliyini artırmağa kömək edir. Bəs hansı məhsullar beynimizə gümrahlıq verərək fəaliyyətini yaxşılaşdırır?

Foodinfo.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, diyetoloq Mixail Ginzburq "RİA FederalPress"ə danışıb.

"Birinci yeri kakao və şəkərsiz şokolada verərdim. Həmçinin, qoz-fındıq (gündə 50 qramdan çox olmayaraq), dəniz balığı və giləmeyvə - albalı, qaragilə, böyürtkən, moruq (günə bir stəkana qədər) beyni qidalandırır", - deyə həkim bildirib.

Ginzburg qeyd edib ki, insan beyni həmişə müəyyən dərəcədə narahatlıqla işləyir. Bu göstərici nə qədər yüksək olsa, beyin bir o qədər tez qocalır, qərar qəbul etmək və seçim etmək kimi işləri daha yavaş görür. 

Yuxarıda qeyd olunan məhsulların hamısı narahatlığı aradan qaldırır və beynin qidalanmasını özünəməxsus şəkildə yaxşılaşdırır. Daha az narahatlıq keçirən beyin daha effektivdir.

Qeyd edək ki, qidalanma ilə yanaşı, yuxusuzluq da insanın fəaliyyətinə böyük təsir göstərir.

Nərmin