Dəvəgözü və ya aclıqotu bitkisi insan orqanizminə bir çox faydaları ilə məşhurdur. Bu barədə Foodinfo.az “HaberTürk”ə istinadən xəbər verir.
Qeyd olunur ki, sözügedən bitki bağırsaqların daha sağlam və sürətli çalışmasını təmin edir.
Aclıqotu metabolizmin sürətli fəaliyyətini təmin edir. Bu isə öz növbəsində həzm sistemini tənzimləyir və qəbizlik problemini həll edir. Həmçinin bu şəfalı bitki böyrək daşlarına da kömək olur.
Fərid