Mütəxəssislər erkən yaşlanmaya səbəb olan məhsulları sadalayıb.

Foodinfo.az bildirir ki, gəncliyi qorumaq üçün şəkər və bəzi digər məhsulların istehlakını minimuma endirmək tövsiyə olunur.
Qırışların, dəri quruluğu, sızanaqlar, solğun dəri və digər qüsurların yaranmasında əsas rolu düzgün qidalanmamaq oynayır. Çünki insan üçün lazım olan vitamin və minerallar çatışmazlığı zamanı orqanlar daha tez qocalır.
Belə ki, sağlam və təravətli görünüş üçün şəkər istehlakını minimuma endirmək məsləhət görülür. Çünki şəkər artıqlığı dəridə kollageni məhv edir və onu daha az elastik edir. Bundan əlavə, yüksək temperaturun qida maddələrinin 90 faizə qədərini məhv etdiyi təzyiqli ocaqda bişirmək məsləhət görülmür. Yeməklərin tavada  qızardılması da arzuolunmazdır, çünki alovla birbaşa təmasda olduqda, qidanın tərkibindəki yağ turşuları kanserogen kimyəvi birləşmələri buraxır ki, bu da  yuxarı tənəffüs yollarına və ya ağciyər xəstəliklərinə səbəb ola biləcək aromatik karbohidrogenlər yaradır.
Leyla