Çuğundur, kələm və kətan toxumu qaraciyərdən ağır toksinləri çıxarmağa kömək edir.

Mütəxəssislər qaraciyərdən ağır toksinlərin necə çıxarılmasını izah ediblər.

Aztibb.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bunun üçün heç də xüsusi hazırlıqlar lazım deyil, ancaq pəhrizə çuğundur, kələm və kətan daxil etmək kifayətdir. Məsələn, kələm toksinləri çıxarmağa, həzmi normallaşdırmağa və bağırsağın fəaliyyətini yaxşılaşdırmağa kömək edən liflə zəngindir. Kətan toxumu da öz növbəsində bədəni təmizləyən Omeqa-3 ilə zəngindir. Eyni zamanda Omega-3 beyin fəaliyyətinə faydalı təsir göstərir və immunitet sistemini gücləndirir.

Mütəxəssislər bu məhsullardan əlavə, tərkibində xolesterolu xaric edən monodoymuş yağlar, həmçinin kanserogenləri bloklayan və qaraciyəri toksinlərdən təmizləyən badamı yeməyi xüsusilə məsləhət görürlər.