Son vaxtlara qədər toyuq yumurtası ehtiyat olunası qidalar siyahısında idi. Kardioloqlar yumurtanın xolesterolu artırdığını iddia edirdilər.
Foodinfo.az Portofranko-vl.ru-ya istinadən xəbər verir ki, son tədqiqatlar təsdiqləyib ki, gündə bir yumurta belə yemək ürək-damar xəstəlikləri riskini azaldır və damarların tıxanmasının qarşısını alır. Bundan əlavə, yumurta əla protein mənbəyidir.
Məhz, protein bədəni yeniləyir və yaşlı bir insana hüceyrə səviyyəsində regenerasiya proseslərini dəstəkləməyə imkan verir. Zülaldan əlavə yumurtanın sarısı da var. Sarısı isə beyin fəaliyyəti üçün vacib olan yağları ehtiva edir. Bundan əlavə, yumurta sarısı faydalı A, D və E vitaminlərini ehtiva edir.