Südlü düyü sıyığı insanlar üçün enerji bombasıdır, lakin düyü sağlamlıq vəziyyətindən asılı olaraq seçilməlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq, endokrinoloq Natalya Lazurenko danışıb.
Onun sözlərini görə, həzm problemləri, yaxud karbohidrat mübadiləsi pozuntusu, piylənmə, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə gec bişən ağ, yumru düyü uyğun deyil, çünki metabolizmi daha da poza bilər. Bu halda qəhvəyi düyüdən istifadə etmək məsləhətdir.
Həkim tez bişən yumru düyünün sıyıq hazırlamaq üçün uyğun olduğunu deyib. Bu yeməyə şəkər və ya bal, eləcə də hər hansı meyvə və ya giləmeyvə əlavə etdikdə əla enerji mənbəyinə çevrilir.