Alimlər biyan kökünün bədən yağını azalda biləcəyini bildiriblər.

Foodinfo.az Championat.com-a istinadən xəbər verir ki, biyan kökünün dadını hər kəs bəyənməsə də, arıqlamaq istəyirsinizsə, onu pəhrizinizə əlavə etməyə çalışın.

 

Mütəxəssislər biyan kökünün bədənin təbii qoruyucu funksiyasını bərpa etdiyi və yağları əritdiyini bildirir.

Buna görə də səhərlər biyan içmək arıqlama prosesini sürətləndirməyə kömək edə bilər.