Bingöl Dövlət Xəstəxanasında sağ çiynində artrit olan 81 yaşlı xəstə çiyin protezi əməliyyatı ilə sağlamlığına qovuşub.

 Foodinfo.az Aztibb.az-a istinadən xəbər verir ki, xəstəliyi səbəbilə müraciət edən Kumriye Tekingündüzün sağ çiynində artrit aşkarlanıb. Ortopediya və travmatologiya mütəxəssisi Kadir İsmail Dere və komandası tərəfindən əməliyyat həyata keçirilib.

Dr. Kadir İsmail Dere diz və omba oynaqlarında artrit səbəbiylə protez əməliyyatlarınnın sıradan bir əməliyyat olmadığını qeyd edib.

Çiyin oynağının əzələlərində düzəlməz yırtıq olduğu üçün xəstəyə əməliyyat tövsiyə etdiklərini deyən həkim əməliyyatın müvəffəqiyyətlə bitdiyini bildirib.

Baş Həkim Mütəxəssisi Dr. Tatlı, xəstəxanalarda bu cür əməliyyatların getdikcə daha çox edildiyini ifadə etdi.