Enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz edəcək.
Foodinfo.az xəbər verir ki, bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, ağıllı sayğac istehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazıdır.
Binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılacaq.
Enerji təchizatçısı son istehlakçılar üçün istehlak olunmuş enerjiyə dair ağıllı sayğacdan müasir internet şəbəkəsi vasitəsilə ötürülən və ya sayğacın interfeysindən əldə edilən istənilən müddət (ay və il) üzrə istehlak məlumatlarının əlçatanlığını təmin etməlidir.
Eyni zamanda, bu qanunla Azərbaycanda gözlənilən və ya əldə ediləcək enerjiyə qənaət miqdarı müəyyən ediləcək.
Qeyd edək ki, qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək. Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Son xəbərlər
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər