ABŞ-da son bir həftə ərzində 12 ştatda quş qripi sürətli yayılır. Bu barədə Kənd Təsərrüfatı Departamentinin (USDA) Heyvan və Bitki Sağlamlığının Müfəttişliyi Xidməti məlumat yayıb. Bildirilir ki, H5N1 virusunun aşkarlanması oktyabrın əvvəlində artmağa başlayıb. Ötən ay epidemiya 8 milyondan çox quşun tələf olmasına səbəb olub.
Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) son bildirişlərinə əsasən, son bir həftə ərzində bir neçə ölkə çöl və ev quşlarında H5N1 virusunun yayılması barədə məlumat verib. Almaniya, Çin və Moldovada vəhşi quşlarda bu virus aşkarlanıb.