"Bəzən tərkibində kükürd dioksid aşkarlanan və satışı qadağan olunan qənd məhsullarını yas mərasimlərində istifadəyə cəhd edirlər". Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, qəndlərin tərkibi və tarixi ilə bağlı vətəndaşlar özləri də diqqətli olmalıdır.