“Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib. Foodinfo.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib. O bildirib ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub: “Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”. Qeyd edək ki, “Aİ-98” super markalı benzinin qiyməti daha əvvəl 15 qəpik artaraq 1 manat 55 qəpiyə satılırdı. Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti də 5 qəpik artraq 1,45 AZN olmuşdu.