İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Foodinfo.az xəbər verir ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıda adları qeyd edilən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları da “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub:
1. Əlizadə Tural Azər oğlu
2. İsmayılov Elman Ömər oğlu
3. Məmmədova Vəfa İbrahim qızı