“Qurban bayramı ilə əlaqədar respublika üzrə 88 məntəqə müəyyənləşib”. Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev deyib. Onun sözlərinə görə, bu yerlər sanitar qaydalara əməl edilməklə heyvanların kəsimi mümkündür: “İstehlakçılardan xahiş edirik ki, qurbanlıq heyvanların alınması, satılması üçün bu ünvanlardan istifadə etsinlər”.