Foodinfo.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Strateji Təhlil və Beynəlxalq Əməkdaşlıq departamentinin Strateji təhlil və hesabatlıq şöbəsinə aparıcı mütəxəssis vəzifələrinə işə qəbul elan edir.
Vəzifə və öhdəliklər:
- Qida təhlükəsizliyi sahəsində uzunmüddətli işləməyə maraq göstərməli;
- Strateji təhlilin aparılması və planlaşdırmanın həyata keçirilməsi bacarıqlarına malik olmalı;
- İnkişaf strategiyalarını və məqsədli proqramları hazırlamaq bacarıqları olmalı;
- Analitik və statistik hesabatlılığın təmin edilməsi ilə bağlı təcrübəyə malik olmalı;
- Hesabatlıq formalarında dəyişikliklərin və tərtibatların edilməsi biliklərinə malik olmalı;
- İrihəcmli məlumat bazaları ilə işləmək bacarıqları olmalı;
- Mütəmadi şəkildə qabaqcıl xarici təcrübələri araşdırıb təkliflər verə bilmək bacarıqları;
- Yüksək riyazi təfəkkürün olması;
- Planlaşdırılan fəaliyyətlərin idarəolunması bacarıqları olmalı;
- Müəyyən edilmiş fəaliyyətlərin icra vəziyyətlərini nəzarət altında saxlamalı və görülən işlərlə bağlı rəhbərliyə hesabat verməli.
Namizədə tələblər:
- Statistik hesabatlılığın təmin edilməsi üçün analitik vasitələrdən istifadə etmək bacarıqları olmalı (Excel, R, Python və s.);
- Məlumatların vizuallaşdırılması üçün istifadə edilən proqram təminatları ilə işləmək bacarıqları olmalı (Tableau, PowerBI);
- Word, Excel, PowerPoint, Outlook istifadəçi proqramlarında səlis iş bilik və bacarıqları olmalı.
Ali təhsil tələbi:
- Bakalavriat səviyyəsi. Magistratura səviyyəsi arzuolunandır;
- Xaricdə təhsil və ya təcrübə arzuolunandır.
Təcrübəyə dair tələb:
- Azərbaycan dilini səlis bilməlidir. Sərbəst şifahi və yazılı xarici dil bilikləri olmalıdır.
Şərtlər:
- İş qrafiki: Tam iş günü
Üstünlüklər:
- Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidən hazırlanma təlimlərinə cəlb olunması
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ Strateji Təhlil və Beynəlxalq Əməkdaşlıq departamenti, Strateji təhlil və hesabatlıq şöbəsi, aparıcı mütəxəssis” yazaraq [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.
Qeyd: Yalnız tələb olunan sahəyə dair CV-lərə baxılacaqdır. Suallarla bağlı +99412 377-00-20 (daxili 530, Kadrlar şöbəsi) əlaqə saxlaya bilərsiniz