Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Rusiya Federasiyasının Ümumrusiya Heyvanların və Bitkilərin Fundamental və Tətbiqi Parazitologiyası Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Foodinfo.az-ın məlumatına görə, AQTİ-nin İdarə Heyətinin sədri Sadiq Məmmədov və Ümumrusiya Heyvanların və Bitkilərin Fundamental və Tətbiqi Parazitologiyası Elmi-Tədqiqat İnstitutunun rəhbəri Mixail Vladimiroviç Arisov tərəfindən imzalanan memorandumda birgə əməkdaşlıq istiqamətləri üzrə tədqiqat, təcrübə, elmi və metodiki layihələrin hazırlanması və həyata keçirilməsi, elmi və metodiki materiallar, aparılan tədqiqatlar haqqında məlumat mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi öz əksini tapıb.
Anlaşma Memorandumuna əsasən ət, balıq və onların emalı məhsullarının parazitar xəstəliklərə görə baytarlıq-sanitariya ekspertizasının aparılması, parazitar xəstəliklərin diaqnostikası üçün istifadə edilən metodik müayinələrin öyrənilməsi, parazitar xəstəliklərin törədicilərinin müəyyən olunması və digər sahələrdə birgə tədqiqatların aparılması sahəsində uzunmüddətli əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
Son xəbərlər
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır