Araz Supermarketlər Şəbəkəsi Maliyyəçi-analitik (Kommersiya üzrə) vakansiyası üzrə işə qəbul elan edir! İş yeri: Bakı şəh. Foodinfo.az-ın məlumatına görə, vəzifə öhdəlikləri aşağıdakılardır: - Məlumatları toplamaq, qiymətləndirmək və təhlil etmək; - Məlumatların təhlil etdikdən sonra praktiki tövsiyyələr hazırlamaq, düzgün proqnozlar vermək; - Büdcə və maliyyə proqnozlarının hazırlanması; - Maliyyə idarəetmə hesabatlarının hazırlanması vaxtında tərtib etmək və aidiyyatı olaraq təqdim etmək; - Məlumatların analiz edilməsində analitik və metodiki əsasları müəyyən etmək; - Digər aidiyyatı strukturlarla əməkdaşlıq etmək, lazımi məlumatları əldə etmək və struktur bölmələr arasında fəaliyyətlərin əlaqələndirilməsində rol oynamaq; - İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək. Tələblər: - Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə arzuolunandır); - Maliyyə və məlumat analitikası üzrə ən azı 1 il iş təcrübəsi; - Yüksək səviyyədə MS Office bilikləri; - Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı; - Komandada işləmə, ünsiyyət bacarıqlarının olması. Təminatlar: - Nahar ilə təmin edilmə; - Əmək bazarına uyğun rəqabətli əmək haqqı; - 5 günlük iş qrafiki; - Servis xidməti. Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Maliyyəçi-analitik (Kommersiya üzrə)” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] və [email protected] elektron poçt ünvanına göndərə bilərlər.