Azərbaycan bu ilin yanvar ayında Türkiyədən 11,313 mln dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında bildirilib.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 2,462 milyon dollar və ya 27,8 % çoxdur.
Türkiyənin hesabat dövründə ümumi taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarının ixracının dəyəri 19,3 % çox olub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Türkiyədən 156,925 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib ki, bu da, illik müqayisədə 35,6 % çox olub.
Şəbnəm