Bu ilin yanvar-may ayları ərzində Azərbaycan ümumi dəyəri 3 684,85 min ABŞ dolları dəyərində 481,58 ton çay ixrac edib.
Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk beş ayında ölkədən ixrac edilən çayın dəyəri 11,1%, həcmi isə 22,7% azalıb.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,41%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 22 945,32 min dollar dəyərində 5 760,55 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 13,1%, həcmi isə 6,7% artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,52% təşkil edib.
Cari ilin yanvar-may aylarında (ötən ilin eyni göstəricisi ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 6,2 dəfə, həcm ifadəsində isə 12 dəfəyədək üstələyib.
Son xəbərlər
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?
- Kəsilmiş limonu soyuducuda saxlamaq olarmı?