2021-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycandan 36 milyon 674 min dollar dəyərində 42 min 271 ton pomidor ixrac olunub. Pomidor ixracının 15 milyon 415 min dollarlıq hissəsi Aprel ayında həyata keçirilib.
Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin ilk 4 ayı ilə müqayisədə 2021-ci ilin ilk 4 yında dəyər ifadəsilə 38%, miqdar ifadəsilə 42% azalıb.
2020-ci ilin ilk 4 ayında Azərbaycandan
58 milyon 985 min dollar dəyərində 73 min 341 ton pomidor ixrac edilmişdi.
Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyətlər tətbiq etməsi ixracın düşməsinə səbəb olub.