Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 8 müəssisəsinə ölkəyə alma ixrac etməsinə icazə verib. Foodinfo.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un yaydığı rəsmi məlumatda qeyd olunur. ““Rosselxoznadzor” 2021-ci il avqustun 10-dan başlayaraq daha 8 Azərbaycan müəssisəsinə Rusiyaya alma ixrac etməsinə icazə verir”, - deyə məlumatda vurğulanıb. Məlumatda həmçinin bildirilir ki, “Rosselxoznadzor” Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin müəssisələrdə, almalarda həyata keçirdiyi fitosanitar monitorinqin nəticələri ilə bağlı məlumatlarını təhlil edərək sözügedən bu qərarı verib.