İyunun 11-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini Fatih Metini qəbul edib.
AQTA-dan Foodinfo.az-a bildirilib ki, verilən məlumata görə, qurumun sədri qardaş ölkə ilə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə heyvan sağlamlığının təmin olunması istiqamətində xəstəliklərdən azad zonanın yaradılması, heyvanların identifikasiyası və qeydiyyatı, elektron fitosanitar sertifikatların qarşılıqlı tanınması və mübadiləsi, bitki sağlamlığı sahəsində Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi məqsədilə təlimlərin təşkili və istedadlı gənclərin qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələri üzrə qardaş ölkədə təhsil almaq imkanları müzakirə olunub. Həmçinin iki ölkə arasında gələcəkdə imzalanması nəzərdə tutulan qida təhlükəsizliyi, baytarlıq, bitki mühafizəsi və karantini sahələrində əməkdaşlıq üzrə “Saziş” layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Səmimi qəbula görə təşəkkür edən türkiyəli qonaq iki ölkə arasında heyvan sağlamlığı, bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini bildirib.
[gallery ids="38144,38145"]
Son xəbərlər
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?