“Azərsu” Açıq Səhimdar Cəmiyyəti Qurban bayram ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Foodinfo.az xəbər verir ki, qeyri-iş günlərində həm mərkəzi idarə aparatında, həm də regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu” ASC-nin sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub. Əhalinin içməli su təchizatında dayanıqlığın təmin olunması məqsədilə qarşıdakı günlərdə qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. İstehlakçılardan xahiş olunur ki, içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar  “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər. Eyni zamanda vətəndaşlar (055) 209-95-59 votsap nömrəsi və facebook sosial şəbəkəsi vasitəsilə də müraciətlərini ünvanlaya bilərlər. Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.