Foodinfo.az xəbər verir ki,"Azersun Holding" Laboratoriya İnspektoru (Xaçmaz, Zaqatala) vəzifəsinə işçi axtarır. Namizədə aid tələblər aşağıdakılardır: • Kimya, Kimya Texnologiyası və ya Mühəndis Texnoloq ixtisasları üzrə ali təhsili olmalı; • Laboratoriya sahəsində ən azı 1 illik təcrübəyə sahib olmalı; • Fiziki-kimyəvi analiz laboratoriyasında çalışma qaydasını bilməli; • Ümumi və analitik kimyanın əsaslarını bilməli; • Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli; • Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı; • Araşdırma və analizetmə bacarığı olmalı; • Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı; • Microsoft Office (word, excel) proqramlarından istifadə etməyi bilməlidir. İş haqqında məlumat: • Keyfiyyət standartlarına uyğun nümunələr alınmalı; • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqlar aparmalı; • Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi üçün çalışmalı; • Laboratoriyada işlənilən məhlul və qarışıqları hazırlamalı; • Prosesdəki keyfiyyət pozuntusunun səbəbini aşdıraraq, gərəkli tədbirləri almalı və uyğunsuzluqların aradan qaldırılması yönündə işlər görməli; • Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasını təşkil etməli; • Gigiyena və sanitariya qaydalarına əsasən günlük təftişləri həyata keçirtməli; • Laboratoriya şəraitində test və analizlərin vaxtında aparılmasını və nəticənin rəhbərliyə bildirilməsini təşkil etməlidir. Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində “Laboratoriya İnspektoru (Xaçmaz, Zaqatala)” qeyd olunmalıdır) göndərə və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərlər.