10 iyun 2021-ci il tarixində saat 16:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
Foodinfo.az xəbər verir ki, verilişdə bitki sağlamlığı ilə bağlı həyata keçirilən fitosanitar tədbirlər, eləcə də pestisid və aqrokimyəvi preparatlardan təhlükəsiz istifadə qaydaları müzakirə olunacaq.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTA-nın Bitki sağlamlığı şöbəsinin müdiri Tural Cavadzadəyə ünvanlaya bilərsiniz.
Qeyd edək ki, “Təhlükəsiz qida” layihəsinin həyata keçirilməsində məqsəd istehlakçıların, habelə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.
Son xəbərlər
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- Turş naringiləri 30 saniyə ərzində necə şirinə çevirmək olar?
- Pendirin ən sağlam növləri hansılardır?
- Kəsilmiş limonu soyuducuda saxlamaq olarmı?